Əli Səfərov

 Səfərov Əli Ələsgər oğlu 1954-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq mətəbində oxumuş, tərtibatçı rəssam ixtisasına yiyələnmişdir.Ə.Səfərov 1983-cü ildən həyatını teatr rəssamlığına bağlamış, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, M.T.Sidqi adına Naxçıvan Dövlət kukla Teatrında 50-yə yaxın tamaşaya səhnə quruluşu vermişdir. Bu tamaşalardan bir çoxu müxəlif illərdə Bakı, Türkiyə Cümhuriyyətinin Ərzincan, Trabzon, İğdır, İzmir, İran İslam Respublikasının Urmiyyə, Tehran və sairə şəhər və vilayətlərində qastrol və festivallarda müvəffəqiyyətlə göstərilmişdir.
Ə.Səfərov həmçinin fırçasını rəngkarlıq sahəsində də sınayır. Onun əsərləri Naxçıvan, Bakı, İğdır, Urmiyyə və sairə yerlərdə muxtəlif sərgilərdə olub. Azərbaycanda və xaricdə onlarla qrafik rəngkarlıq əsərləri şəxsi kolleksiyalarda saxlanılır. Maket və əsərlərindən bəziləri C.Məmmədquluzadənin ev muzeyi, Naxçıvan MR Ədəbiyyat Muzeyi, Naxçıvan MR Tarix Muzeyi və sairədə eksponatlar arasında yer tutmaqdadır.Ə.Səfərov Azərbaycan Teatr Xadimləri, Azərbaycan Rəssamlar İttifaqlarının, həmçinin Yeni Azərbaycan Partiyasının üzvüdür. O, Naxçıvan MR-ın bir çox ictimai işlərində yaxından iştirak edir, öz əməyini əsirgəmir.
Ə.Səfərov hal-hazırda Naxçıvan Kukla Teatrında baş rəssam işləyir.