Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda 11-15 iyul tarixində Təbrizdən olan görkəmli fotoqraf  Paşa Hədiyyanin "Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri" adlı fərdi foto sərgisi keçirilmişdir.

Bu sərgidə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil ostanlıqlarından olan bir çox mədəniyyət və incəsənət nümayəndələrinin, o cümlədən də, rəssamlar, yazıçılar, şairlər, musiqiçilər və s. kimi sahələrdən olan görkəmli və tanınmış şəxsiyyətlərin foto şəkilləri nümayiş olunmuşdur. Foto əsərlər İranın görkəmli fotoqrafının obyektivindən ağ - qara üslubda hazırlanıb. Bu fotolarda müasir İran mədəniyyətinin görkəmli və məşhur şəxslərinin incəsənət həyatı şəkillərdə öz əksini tapmışdır.
Son dövrdə Naxçıvan Muxtar Respublikasının Rəhbərliyi tərəfindən incəsənət sahəsinə, xüsusilə də rəssamlıq sənətinə yüksək diqqət və qayğı hiss olunur. Bu gün Naxçıvanda rəssamlıq məktəbi formalaşmış, Naxçıvan Rəssamlar Birliyi Dövlət qurumu olaraq bu yöndə fəaliyyətini daha da artırmışdır.
Bu gün rəssamlara göstərilən yüksək diqqət və qayğıya görə,yaradılan şəraitə görə Muxtar Respublika Rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.