Ümummilli Lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalına 14 ölkədən dəvət olunan rəssamlarla konfrans keçirildi. Konfransda rəssamlarla tanışlıq və onların Naxçıvan haqqında təəsuratları dinləndi. Sonda Naxçıvan haqqında ingilis dilində filmə və gənc rəssamların hazırladığı “Naxçıvan-bəşəriyyətin beşiyi” adlı video çarxa baxış oldu.