Orta əsrlərin ərəb müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz  əlyazmalarında dəyərli  məlumat  vermişlər. V əsrin II yarısına aid  "Hüdüd  əl-Aləm " əsərində göstərildiyi kimi,  Muğam öz palaz və çuvalları,  Naxçıvan , Xoy və Salmas -zili və xalçaları, Şir-van isə parçaları ilə tanınır.

Xalça sənətinin Naxçıvanda geniş  yayılmasına və tərəqqisinə  səbəb  xalqın məişət və estetik tələbatı olmuşdur. Adətən bu ərazidə  istehsal edilən 20-30 kv-metrədək iri  ölçülü, qalın  toxunuşa malik xovlu- xalça və keçə, palaz, cecim, kilim, şəddə,  zili kimi xovsuz  xalçalardan evlərdə döşəmələrin örtülməsinədə, otaqların isidilməsində və bəzədilməsində istifadə edilmişdi. Xalça sənəti Naxçıvanın Şərur, Şahbuz, Ordubad və Culfa bölgələrində daha geniş yayılmışdır. Bu ərazidə xalça sənətinin  inkişafına qonşu ölkələrdə olan ticarət əlaqələrinin də təsiri az olmamışdır. Tarixən Naxçıvanda xalça istehsalında balbas və mazex qoyun cinslərindən keçi, dəvə yunu ilə yanaşı inəkdən də geniş istifadə edilmişdir. Toxunan xalçaların sıxlığı  35 x 35-dən  40x45-dək ərişli arğacı və üz ipi olmuşdur.  Naxçıvanda toxunulan xalçalar bədii və texneloji xüsusiyyətlərinə görə Qarabağ xalça məktəbi ənənələrinə yaxındır.

               alt             alt

Tarixi məlumatlara görə , Naxçıvanda və Ordubadda hələ keçmiş zamanlardan xüsusi boyaxanalar fəaliyyət göstərmişdir. Burada xalq ənənəsinə əsasən hazırlanan  boyalar öz parlaqlığı, şux çalarları ilə digər  xalça məktəblərindən seçilmişlər.  Bu boyaxanalarda qırmızı  rəng - boyaq otundan, qırmız böcəyindən, sürməyi və yaşıl  rənglər isə (küpboyalar) indiqodan, qəhvəyi rəngi- palıd, narıncı rəngi -alma ağacının qabığından  alınmışdır. Rənglərin uzunömürlü olması üçün boyaya zəy qatılırdı. Bu növ təbii boya ilə boyanmış iplikdən toxunan xalçaların rəngləri işləndikcə daha təravətli və isti tonlarda əvəz olunardı.

Naxçıvan xalçaları  ümümiliklədə  Azərbaycan  xalça sənətini öz ənənəvi naxış-ları və elementləri, özünəməxsus  şux rəng çalarları ilə zənginləşdirilmişdir. Bu xalça-ları  bəzəyən əsas  elemetlərdən  şaquli  istiqaməti  zolaqlar,romblar,qarmaqlı  hən-dəsi  elementlər  və .s xalqın  genetik yaddaşından silinməyən inanclar və təsəvvür-lərlə bağlıdır. Toxunan naxışlar sistemi semantika müəllifliyindən asılı olmayaraq  bir məkan üzərində real şəkildə və ənənəvi üslubda yerləşdirilərək  xalçaya  ritmik  və dinamik ahəngdarlıq verir.

Xalq toxuma növlərindən şaquli istiqamətli zolaqlarla bəzədilmiş cecim xovsuz xalçalarının əsas istehsal mərkəzi tarixən Ordubad olmuşdur. Əsasən ipək liflərdən  toxunan bu xalçalar ağ,yaşıl,qırmızı, sarı, mavi və.s rəngli zolaqların növbələşməsi  ilə bəzədilib, zəriflik  baxımdan qumaş təsəvvürü yaratmışdır.

Naxçıvan xalçaları  içərisində öz spesifik toxunuşu və bədii quruluşu  ilə seçilən xovsuz xalça növü şəddə sujet semantikası baxımından  çox maraqlıdır. Üzərində bə-zən atlılar və dəvələrin sarvanın növbələşərək  cərgə ilə düzülməsi və çullarla,xurcunlarla bəzədilmiş dəvə karvanı sujetli öz-özlüyündə bir fəlsəfi məna daim dövr edən əbədi həyatın, ömür karvanın simvolu olmuşdur.

Ənənəyə görə, ərişli  rəngli iplikdən çəkilən şəddələrdə doldurucu elementlər kimi  istifadə  edilən romb və qorumaq formalı həndəsi naxışlar əkin sahəsini,evi, artım bolluğu təmsil etmişlər. Xovlu xalçaların  bəzəyinə çevrilmiş " buta "elementi öz bədii quruluşuna və texniki üslübuna  görə digər məktəblərdən fərqlənib "Naxçıvan butası" adını daşıyırlar.  Naxçıvanın "Namazlıq"xalçaları mavi, surməyi və qırmızı rəngi kolorit   həlli və naxışların  bədii quruluş üslubu, günbəzlərin  təsviri  ilə  islam mədəniyyətinin günümüzədək gəlib çatmış dəyərli nümunələrindəndir.

                                


Naxçıvan Dövlət Xalça Muzeyində XVIII-XIX-XX əsrlərə aid Təbriz-Naxçıvan xalçaçılıq məktəbinin nümunələri qorunub saxlanılır. Bunlara misal olaraq "Abbas Mirzə", "Ələmli", "Ovçuluq" Ordubadda toxunmuş olan nəbati naxışlı xalça və bir çox xovlu və xovsuz xalçaları göstərmək olar.

 Son illərdə Muxtar Respublikada xalçaçılığın inkişafına diqqət və qayğı daha da gücləndirilib. Fərəhləndirici haldır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında müxtəlif profilli muzeylərin yaradılmasında, onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm əhəmiyyətə malik olmuşdur. Naxçıvan Dövlət Xalça Muzeyinin yeni binasının istifadəyə verilməsi də maddi-mənəvi irsin qorunub saxlanılması istiqamətində dövlət qayğısının parlaq təzahürüdür.