Sənətsevərləri Dəvət edirik...



                                                     alt



 

 

Hörmətli rəssamlar və sənətsevərlər!

20 yanvar faciəsinə həsr etdiyimiz "Tariximizin Qəhrəmanlıq Salnaməsi"

adlı sərginin açılışı 12 yanvar 2017ci il saat 15.00da

Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda keçiriləcək.

Dəvət edirik.

alt

 

5-15 dekabr 2016-cı il tarixində Türkiyənin Mersin şəhərində ll Beynəlxalq ,,Dünya Rəssamların Görüşü,, adlı Rəsm Festivalı keçirilir. Festivala bir çox ölkələrdən Rusya, Gürcüstan, Bolqarıatan, Ukrayna, İran və.s ölkələrdən iştirakçılar dəvət olunmuşlar. Azərbaycan Respublikasından beş rəssam dəvət olunub. İlqar Əkbərov, Ələsgər Kazımov və Naxçıvan Rəssamlar Birliyinin üzvləri Murad Nurlu, Arzu Novruzov, Həbib Allahverdiyev.
Festival çərçivəsində Uşaq sərgisi də keçiriləcək. Qeyd edək ki, balaca rəssamlarımız öz əsərlərini artıq sərgiyə göndəriblər.


Rəssamlarımıza uğurlar arzulayırıq.

 

Hörmətli sənətsevərlər!
Naxçıvan MR Rəssamlar Birliyi, Naxçıvan MR Təhsil Nazirliyi ilə birgə 16 dekabr növbəti uşaq sərgisini keçirir.


Sərgidə Naxçıvan Muxtar Respublikasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzlərində və ,,Rəsm,, Dərnəklərində keçirdiyimiz ustad dərslərində böyük maraqla iştirak edən hər bir balaca rəssamı iştirak etməyə çağırırıq.
Qeyd: Sərgidə istənilən məktəb şagirdi öz işi ilə iştirak edə bilər.
-Təqdim olunacaq işlər, müxtəlif ölçüdə, müxtəlif tematikada və istənilən texnikada işlənə bilər.
-İşlər çərçivəli və asılqanlı olmalıdır.
-Əsərin arxasında ad, soyad, məktəbin adı, sinfi mütləq qeyd olunmalıdır.
-Əsərlər 08 dekabr tarixə dək Naxçıvan Rəssamlar Birliyinə təqdim edilməlidir.
Ünvan: H.Əliyev prospekti 
Qeydiyyat üçün Əlaqə nömrəsi:(036)5455899
Sərgi öncəsi saatı elan ediləcəkdir.
Mail:
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.