Hörmətli valideyinlər!
Naxçıvan Rəssamlar Birliyinin uşaq sərgilərinin fəal balaca rəssamlarını Beynəlxalq Mersin Uşaq sərgi-müsabiqəsində iştirak etmək üçün dəvət ediblər.


Mövzu:

"Yeni İldə Uşaqların yaradıcılığında Sülh və Dostluq diləkləri"

Tələblər:

Rəsm A3 formatında olmalıdır, hər uşaq 3 iş təqdim edə bilər. İşlənən material sərbəst, çərçivəsiz, əsərin arxasına əlavə vərəqə vurularaq ad, soyad, işin adı, nə ilə işlənmişdir, uşaq neçənci sinifdə təhsil alır məlumatları qeyd olunmalıdır.
Yaş məhdudiyyəti 6-16
İştirak etmək istəyənlər 10 noyabr 2016-cı il tarixdə Saat 9:00-dan 17:00-a dək rəsmlərini Naxçıvan MR Rəssamlar Birliyinə təhvil versinlər.
Əlaqə nömrəsi (036)5455899

 

Hörmətli sənətsevərlər!

17 oktyabr saat 16:00-da

Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda keçiriləcək

Müstəqillik Gününə həsr etdiyimiz sərgiyə Sizləri Dəvət edirik...

alt

 

alt


 

Kirman Abdinovun Məmməd Araz poeziyası

İsinsin azacıq bu daş duyğular

Hörmətli sənətsevərlər və Məmməd Araz yaradıcılığını sevənlər!
Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda
13 oktyabr saat 15:00-da
Sizləri,rəssam Kirman Abdinovun Məmməd Araz poeziyasına,14 oktyabr doğum gününə həsr etdiyi ,, İsinsin azacıq bu daş duyğular,,adlı rəsm sərgisinə Dəvət edirik.
Hörmətlə.