25 fevral 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən, təsdiqlənmiş tədbirlər planı üzrə Naxçıvan MR Müəllimlər İnstitutunun tələbələrinə Naxçıvan Dövlət Rəsm Qalereyasında ustad dərsi keçirilmişdir.
Ustad dərsini Naxçıvan MR Rəssamlar Birliyinin üzvü, Naxçıvan MR Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli keçirmişdir.

 

11 fevral 2016-cı il tarixində saat 15:00 da Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi, Naxçıvan MR Təhsil Nazirliyi ilə birgə Babək rayon Uşaq Yaradıcılıq Mərkəzində ustad dərsi keçirmişlər.
Ustad dərsini Rəssamlar Birliyinin üzvü, Səməd Məmmədov keçirmişdir...

     

 

21 yanvar 2016-cı il tarixdə saat 15:00 da Heydər Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin Rəsm dərnəyində Naxçıvan MR Rəssamlar Birliyi və Təhsil Nazirliyinin birgə keçirdiyi ustad dərsi keçirildi.

Ustad dərsini Naxçıvan Rəssamlar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyeva tərəfindən icra olundu.
Təşəkkür edirik.

 

26 dekabr 2015 ci il tarixində, saat 15:00-da görkəmli rəssam Əşrəf Heybətovun Naxçıvan MR Rəssamlar Birliyində ustad dərsi keçirildi.

Ustad dərsində Rəssamlar Birliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin və Müəllimlər İnstitutunun Təsviri incəsənət və Müəllimlik ixtisasının tələbələri iştirak etmişlər.

Dərsimiz çox maraqlı və tələbələr üçün çox faydalı oldu...

Əməkdar rəssam, sülh səfiri Əşrəf Heybətova Rəssamlar Birliyi tərəfindən Təşəkkür edirik...