26 noyabr 2015 ci il tarixində Naxçıvan MR Rəssamlar Birrliyi, Şərur Şəhər Uşaq İncəsənət Məktəbinin

rəsm dərnəyinin üzvlərinə ustad dərsi keçirmişlər. 

Ustad dərsini dəyərli rəssamımız Əlövsət Allahverdiyev keçirmişdir.

Dərsimiz uşaqlar tərəfindən maraqla qarşılanmışdır.

Təşəkkür edirik...

 

5 noyabr 2015-ci il tarixində saat 15.00-da Rəssamlar Birliyi və Təhsil Nazirliyi ilə birgə Sədərək Rayon Uşaq Yaradıcılıq Mərkəzinin ,,Rəsm,, dərnəyi üzvlərinə ,,Qrafik rəsm,, mövzusunda Ustad dərsimiz keçirildi.

Ustad dərsimizi üzvümüz, Naxçıvan Muxtar Respublikasında tanınan rəssam Sabir Məmmədov keçirərək, sulu boya ilə portret işləmişdir. 
Dərsimiz, uşaqlar tərəfindən tam mənimsənilmiş və böyük maraqla qarşılanmışdır.
Rəssamımıza Rəssamlar Birliyi tərəfindən öz minnətdarlığımızı bildiririk.
Təhsil Nazirliyininə, Naxçıvan Televiziyasına və Sədərək rayon 1 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinə Təşəkkür edirik...

 

Naxçıvan MR Rəssamlar Birliyi istedadlar sorağında.

22 sentyabr 2015 ci il tarixdə saat 15.00-da Naxçıvan MR Rəssamlar Birliyi, Təhsil Nazirliyi ilə birgə Kəngərli Rayon Uşaq Yaradıcılıq Mərkəzində ,,Rəsm,, dərnəyi üzvlərinə ,,Boyakarlıq janrı,, mövzusunda ustad dərsi keçirildi.

Ustad dərs Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əli Səfərli tərəfindən keçirildi.

Ustad dərsimiz çox maraqlı keçdi.

Bu günkü dərsimizdə iştirak edən hər kəsə öz minnətdarlığımızı bildiririk.

 

Naxçıvan MR Rəssamlar Birliyi İSTEDADLAR SORAĞINDA...
Ustad dərslərinə davam!

5 avqust 2015-ci il tarixində saat 11.00-da Naxçıvan MR Rəssamlar Birliyi, Təhsil Nazirliyi ilə birgə Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ,,Rəsm,, dərnəyi üzvlərinə ,,Dəzgah heykəltaraşlığı-baralyef,, mövzusunda USTAD DƏRSİ keçirdi.

Ustad dərsi Xalq rəssamı Hüseynqulu Əliyev tərəfindən keçirildi. Dərsimiz çox maraqlı keçdi.
Xalq Rəssamı Hüseynqulu Əliyevə ,uşaqlarda heykəltaraşlığa qarşı yaratdığı böyük maraq və həvəsə görə, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Aynur xanıma, dərnək rəhbəri Aytəkin müəlliməyə, Təhsil Nazirliyinin əməkdaşına, NTV-nin əməkdaşlarına və NRB-nin əməkdaşlarına Təşəkkür edirik.