8 iyul 2015 ci il tarixində saat 11.00 da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Babək rayon Uşaq Yaradıcılıq Mərkəzində ustad dərsi keçirdi
Ustad dərs, Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Əlövsət Allahverdiyev tərəfindən icra olundu.


Uşaqlara, Əlövsət müəllimə və Didivar kənd məktəbinin müəllimi-rəssam Səməd müəllimə Təşəkkür edirik

 

8 iyun 2015ci il tarixində saat 11.00-da Naxçıvan MR Rəssamlar Birliyi,Təhsil Nazirliyinin dəstəyi və köməyi ilə Heydər Əliyev adına Uşaq Yaradıcılıq Mərkəzinin B.Kəngərli adına ,,Rəsm,, dərnəyi üzvlərinə rəssamlıq sənəti və rəsm çəkmək texnikasına aid ustad dərsini keçirdi.

Qeyd: Ustad dərs Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əli Səfərli tərəfindən keçirildi. Əsasən illyustrativ rəsmdən söz açdı rəssamımız və nağıl personajlarından ,,Göyçək Fatma,, obrazına müraciət etdi,teatr rəssamı olan Əli müəllim uşaqlarla, sənət və Azərbaycan rəssamları haqqında maraqlı söhbətlər də etdi. 
Əli müəllimə.maraqlı dərs üçün təşəkkür edirik.

Məqsəd:Rəssamlarımızı və Naxçıvan MR Rəssamlar Birliyini tanıtmaq, gənc istedadları aşkar edib, onları rəssamlıqla bağlı tədbirlərə cəlb etmək.

Çəkiliş üçün Naxçıvan TV-nin əməkdaşlarına, Azər TAC agentliyinə və ,,Şərq qapısı,, qəzetinə Təşəkkür edirik.

 


2015-ci ildən başlayaraq Naxçıvan MR Rəssamlar Birliyinin Tədbirlər Planına əlavə olaraq Ustad dərsləri keçirilir.
22 may Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Müəllimlər İnstitutunun ,,Təsviri incəsənət müəllimliyi,, ixtisasının tələbələrinə Rəssamlar Birliyinin üzvü,sənətşünas Nizami Alıyev tərəfindən ,,Rəssamlıqda mənzərə janrı,, mövzusunda əsərlərin təhlilini etdi və Rəssamlar Birliyinin üzvü Eldar Zeynalov mənzərə janrında açıq havada ustad dərsi keçdi.