Naxçıvan MR Gənclər və İdman Nazirliyinin təşkili ilə Heyder Əliyev adına Hərbi Liseyin kursantlarına Ağbulaq istirahət mərkəzində Yay Məktəbi keçirilmişdir. Həmin tədbirdə Naxçıvan MR Rəssamlar Birliyinin üzvü, rəssam Səməd Məmməd

ov 

ustad 

dərsi keçirmişdir.


                                

 

21.06.2016-cı il tarixində saat 15.00-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi,Təhsil Nazirliyi ilə birgə Şahbuz rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Rəsm dərnəyi üzvlərinə "Naxçıvan təbiəti" movzusunda növbəti ustad dərsini keçirdilərUstad dərsini Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov keçirmişdir. Dərsimiz şagirdlərimiz tərəfindən maraqla qarşılandı...

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Təhsil Nazirliyi ilə birgə 17.06.2016-cı il tarixdə Şərur rayon Uşaq Yaradıcılıq Mərkəzində Ustad dərsi keçirdi. Ustad dərsini, Naxçıvan Rəssamlar Birliyinin üzvü, rəssam Eldar Zeynalov keçirdi.
Uşaq Yaradıcılıq mərkəzinin ,,Rəsm,, dərnəyinin üzvləri dərsi maraqla qarşıladılar. Rəssama, təşkilatçılara, uşaqlara və Mərkəz rəhbərliyinə Təşəkkür edirik.

Fotoşəkillərin müəllifi, Rəssamlar Birliyinin rəssam- fotoqrafı Araz 

Xudiyevdir.



                                                   


 

Naxçıvan MR Rəssamlar Birliyi növbəti ustad dərsi keçirdi.
Ustad dərsini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Dizayn və dekorativ tətbiqi sənət kafedrasının müəllimi, modelyer-dizayner, Azərbaycan Rəssamlar İttifaqının üzvü, elmlər namizədi

Əhmədova Nəzakət keçirdi.

Master klass çox maraqla qarşılandı.
Nəzakət xanıma Təşəkkür edirik.

Photo by Araz Xudiyev