Ümummilli Lider Heydər Əliyevin  95 illiyi ilə əlaqədar “Naxçıvan- bəşəriyyətin beşiyi”IV Beynəlxalq  Rəsm Festivalı ərzində işlənən əsərlərdən ibarət sərgi

 

08 may Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın 10 may Ulu Öndər Heydər Əliyevin 94-cü il dönümünə həsr etdiyi "Rənglərdə Zamanın Təcəssümü" adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir.
Sərgidə rəssamın 100-dən artıq portret,mənzərə,natürmort,tematik tablolar, rəngkarlıq və qrafika üslubunda çəkilmiş əsərlər sərgilənmişdir.

Fotoları çəkdi-Araz Xudiyev.




 

21 yanvar Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda tematik sərgi keçirilmişdir. Sərgidə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, B.Kəngərlinin tədqiqatçısı Nizami Alıyev mövzu üzrə çıxış etmişlər. Naxçıvan Rəssamlar Birliyinə yeni üzv olmuş rəssamlara vəsiqələr təqdim edilmişdir. Sərgidə 32 rəssamın 33 əsəri nümayiş olunmuşdur. Həmin gün Rəssamlar Birliyində rəssam Ü.Həmzəyevanın çeşnisi üzrə, xalçaçı Türkan Məmmədovanın toxuduğu xalçanın təqdimatı keçirilmişdir. Sonda isə Naxçıvan MR Rəssamlar Birliyinin üzvləri, Bəhruz Kəngərli Muzeyinin və Naxçıvan Dövlət Rəsm Qalereyasının əməkdaşları Rəssamlar parkında ucaldılan Bəhruz Kəngərlinin abidəsi önünə gül qoymuş, xatirə şəkli çəkdirmişlər.


 

12 yanvar saat 15:00-da Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda "Tariximizin Qəhrəmanlıq Salnaməsi" adlı sərgi keçirilmişdir. Sərgidə iştirak edən üzvlərimizə, NDU-nin, NMİ-nun tələbə və müəllimlərinə, M.S.Ordubadi adına Mərkəzi Kitabxananın kollektivinə, Naxcivan MR Turist Diyarsunasliq Merkezinin müəllim və şagirdlərinə, şəhər sakinlərinə, iştiraklarına görə təşəkkür edirik.