9 noyabr Bayraq Günü münasibətilə Naxçıvan MR Rəssamlar Birliyinin üzvləri Dövlət Bayraq Muzeyinə ekskurs etmişlər.


Azərbaycan bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

 

17 oktyabr saat 16:00-da

18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə əlaqədar keçirdiyimiz sərgidən görüntülər.

Sərgidə 18 rəssamın 74 əsəri sərgilənmişdir.

alt

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam-qrafik Kirman Abdinovun

14 oktyabr Məmməd Arazın doğum gününə və poeziyasına həsr etdiyi

"İsinsin azacıq bu daş duyğular "adlı kubizm üslubunda fərdi sərgisi keçirildi.

13 oktyabr 2016-cı il tarixində Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam-qrafik Kirman Abdinovun 14 oktyabr Məmməd Arazın doğum gününə və poeziyasına həsr etdiyi "Azacıq isinsin bu daş duyğular "adlı kubizm üslubunda fərdi sərgisi keçirildi.
Sərgidə Naxçıvan MR Rəssamlar birliyinin sədri Ü.Həmzəyeva,Naxçıvan MR Yazıçılar Birliyinin sədri A.Yadigar və sərginin müəllifi K.Abdinov çıxış etmişlər.
Sonda sərgiyə baxış olmuşdur.

 


6 oktyabr 2016-cı il tarixdə Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda, Azərbaycan Rəssamlar İttifaqına və Naxçıvan Rəssamlar Birliyinin üzvlüyünə sənəd təqdim edən rəssamların, görülmüş və görüləcək işlərin, eləcə də bir çox məsələlərin müzakirəsi olmuşdur.
İştirakçılara təşəkkür edirik.

alt