28.09.2016-cı il tarixində Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Eldar Zeynalovun fərdi sərgisi keçirilmişdir.
Sərgidə rəssamın 150 yə yaxın əsəri sərgilənmişdir.
Qeyd edək ki,Eldar Zeynalov 1961-c ildə Naxçıvanda anadan olub.
Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, Dnepropetrovsk İnşaat mühəndisləri İnstitutunun memarlıq fakültəsində, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, həmçinin Moskva Memarlıq İnstitutunun "Qrado" fakültəsində təhsil alıb. 1995-ci ildə isə Slovenya da "World Akademi of Bioenergotehnologi" təhsil ocağını bitirib.
Rusya vətəndaşı olan rəssam müxtəlif vaxtlarda İtaliyada, Avstriyada, Almaniyada, Sloveniyada yaşayıb və fəal yaradıcılıqla məşğul olub.

 

Naxçıvan Rəssamlarının uğurlu ili

10-06-2016

“Bu il Naxçıvan rəssamlarının uğurlu ilidir. “Naxçıvan- bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının keçirilməsi və Bəhruz kəngərli adına rəssamlar parkının açılmasını Naxçıvan rəssamlığının böyük uğuru kimi qeyd etmək olar ”

 




“Naxçıvan - bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı

“Nakhchivan –The Cradle of Humankind” III International Art Festival 

alt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu

və Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi

“Naxçıvan- bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı

üçün müsabiqə elan edir:


24.05.2016

Qədim Azərbaycan torpağı olan Naxçıvan dünyanın ən tanınmış mədəniyyət ocaqlarından biridir. Naxçıvan minilliklər ərzində yaradılmış maddi və mədəniyyət  abidələri, o cümlədən “Gəmiqaya” qayaüstü rəsmləri, tuncdan, gildən, daşdan hazırlanmış orijinal heykəltəraşlıq nümunələri, keramika, zərgərlik əsərləri, əlvan və cazibədar xalçaları, orta əsrlərin yadigarı olan Yusif Küseyr oğlu, Möminə Xatın, Qarabağlar, Gülüstan türbələri kimi misilsiz tarixi abidələri ilə şöhrət qazanmışdır.

Naxçıvanın gözəl və səfalı təbiəti, təmiz havası, əfsanəvi dağları, günəşli yaylaqları, yaşıl çəmənləri insanın estetik zövqünə qida verən tükənməz gözəllik mənbəyidir. Gözəl söz, xoş avaz, əlvan boyalar dünyasına agah olan ustad sənətkarlar burada həyata göz açmış, ilham və poeziya aləminin zirvələrinə qovuşmuş, milli mədəniyyətimizin xəzinəsinə qiymətli töhfələr vermişlər.

 

“Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının açılış mərasimi keçirilib

27.05.2016

 


                         alt

                                                    III Beynəlxalq Rəsm Festivalının afişi


Mayın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsində “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub.