Naxçıvanda beynəlxalq rəsm festivalı

22.06.2012

19 - 21 iyun 2012 – ci il tarixlərində  “ Naxçıvan-bəşəriyyətin beşiyi ” adlı beynəlxalq rəsm festivalı keçirilmişdir. Festivalda 4 ölkədən 24 rəssam iştirak etmişdir. Naxçıvana  gələn qonaqlar Naxçıvanın tarixi və mədəni abidələri ilə tanış olmuşlar. Festivalda çəkilən 24 əsər Naxçıvan MR Dövlət Rəsm Qalareyasının daimi ekspozisiyasına hədiyyə olunmuşdur.


 

Murad  Nurlunun fərdi sərgisi

12.06.2012

11 iyun 2012 – ci il tarixində 15 iyun Qurtuluş Gününə həsr olunmuş Murad  Nurlunun fərdi sərgisi keçirilmişdir. Sərgidə rəssamın 40 – dan çox rəsm və mis üzərində  döymə əsərləri nümayiş olunub.

    

                            

 

Bakı şəhərində sərgi

01.06.2012

31 may 2012 – ci il tarixdə Bakı Şəhərində Mirzə Ələkbər Sabirin 150 illiyinə həsr olunmuş sərgidə Naxçıvan MR Rəssamlar Birliyinin üzvlərindən üç rəssamın əsəri nümayiş olunmuşdur. Həmin əsərlər əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “ Sabir təsviri sənətdə ” adlı kitabında çap olunmuşdur.

 

Hüseyn Cavidin 130 illik yubleyinə həsr olunmuş sərgi

27.05.2012

26 may 2012 – ci il Naxçıvan MR Rəssamlar Birliyinin B. Kəngərli adına sərgi salonunda görkəmli şair-dramaturq Hüseyn Cavidin 130 illik yubleyinə həsr olunmuş Ərtoğrul Cavidin və Naxçıvan rəssamlarının əsərlərindən ibarət sərgi olmuşdur. Sərgidə Ərtoğrul Cavidin 15 və Naxçıvan rəssamlarının 40 əsəri nümayiş olunub.