Xocalı soyqırımına həsr olunmuş sərgi

24.02.2012

23 fevral 2012 – ci ildə Naxçıvan MR Rəssamlar Birliyinin B. Kəngərli adına sərgi salonunda 26 fevral Xocalı soyqırımının 20 – ci ildönümünə həsr olunmuş sərgidə 22 rəssam 33 əsəri ilə iştirak etmişdir.

     

 

Mircəlil Seyidovun rənglər dünyası

14.01.2012

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Mircəlil Seyidovun rənglər dünyası” kitab-albomun təqdimat mərasimi keçirilib, görkəmli rəssamın fərdi sərgisi təşkil olunub.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini Təranə Quliyeva, Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tərlan Mehdiyeva, Rəssamlar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Məhəmmədəli Ələkbərov görkəmli rəssamın Azərbaycan rəsm sənətinin inkişafına verdiyi töhfələrdən, Mircəlil Seyidov yaradıcılığının incəliklərindən danışıblar.  
Mircəlil Seyidovun həyat yoldaşı Südabə Sadiqova rəssamın yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirib, sərgidə nümayiş etdirilən “Ümummilli lider Heydər Əliyev” əsərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə hədiyyə edib, bir qrup rəssama Azərbaycan Rəssamlar İttifaqının vəsiqələri təqdim olunub.

               



 Sonda “Mircəlil Seyidovun rənglər dünyası” kitab-albomu tədbir iştirakçılarına paylanıb.

 

 

 

Rəssam Ülviyyə Həmzəyevanın əsərləri beynəlxalq müsabiqədə

birinci yerə layiq görülüb

21.11.2011

Rəssam Ülviyyə Həmzəyevanın əsərləri Bolqarıstanda keçirilən beynəlxalq "Radiance" müsabiqəsində birinci yerə layiq görüldü. Müsabiqə “Free Institute of Intercultural Exchange and Education” (Müstəqil Mədəniyyətlərarası əlaqələr və təhsil institutu) və “FIIEE - MASTER GROUP”un rəhbərliyi və təşkilatçılığı ilə keçirilmişdir.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən olan 123 rəssamın əsəri iştirak etmək hüququ qazanmışdır. Sayca səkkizinci müsabiqənin mövzusu “ Zaman bizdə və biz zamanda" (Time is in us and we are in time) idi.

20 oktyabr 2011-ci il tarixində müsabiqənin 4 iştirakçı nominantlarının adları açıqlandı. Bunlar:

-  Sintiamilli Santillian  -  Argentina

-  Patrik Vandenberq  -  Belçika

-  Ülviyyə Həmzəyeva  -  Azərbaycan

-  Ana Lagidze  -  Gürcüstan

Noyabrın 18-də isə müsabqənin qalibinin adı elan olundu. Bu Azərbaycanı təmsil edən rəssam Ülviyyə Həmzəyeva oldu.

 http://www.internationalcompetitionradiance.blogspot.com/

 

Həbibə Allahverdiyevanın fərdi sərgisi keçirilmişdir

 19.11.2011

18 Noyabr 2011 ci il tarixində Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənc rəssam Həbibə Allahverdiyevanın fərdi sərgisi keçirilib. Rəssamın akvarel və yağlı boyadan istifadə edərək yaratdığı tablolar Muxtar Respublikanın təbiəti və insanlarına həsr edilib. Bu, Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət kafedrasının müəllimi olan rəssamın sayca üçüncü sərgisidir. Bundan əvvəl ABŞ və Türkmənistanda keçirilən sərgilərdə onun fərqli janrlarda əsərləri nümayiş olunub. Həbibə Allahverdiyevanın yaradıcılığına əsasən akvarel, yağlı boya ilə işlənən mənzərə, abstrakt kompozisiya, natürmort daxildir. Son sərgisində tamaşaçılara təqdim etdiyi 65 adda rəngarəng əsərlər məhz bu baxımdan marağa səbəb oldu.  Sərgidə Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli, rəssam Əli Səfərli çıxış edərək qeyd etmişlər ki, müəllifin yaradıcılığı müasir Naxçıvan rəssamlıq məktəbinin bir hissəsidir, peşəkar ənənəyə dayanaraq bu gün də inkişaf edən bu məktəb tarixən özünün yetirmələri ilə seçilib. «Rənglərin sehri » adlı sərgi bir neçə gün davam edəcək.