Naxçıvan Rəssamlar Birliyində müstəqilliyimizin bərpasının iyirminci

ildönümünə həsr edilmiş sərgi açılıb

 17.10.2011

 Oktyabrın 17-də Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgi açılmışdır.
Sərgidə rəssamlarımızın rəngkarlıq və qrafika janrlarında əsərləri nümayiş olunur.
Tədbirdə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və başqaları çıxış edərək müstəqillik dövründə rəssamlarımızın qazandıqları nailiyyətlərdən, onların dünyada tanınması istiqamətində görülən işlərdən söz açmışlar.
Vurğulanmışdır ki, zəngin tarixi ənənələri olan Naxçıvan rəssamlıq məktəbinin istedadlı nümayəndələri hələ çox uğurlara imza atacaqdır.
Sərgidə 24 tanınmış və gənc rəssamın 45-dən çox əsəri nümayiş etdirilir.

 alt        

 

 

 

Naxçıvan rəssamlarının Bakı şəhərində sərgisi keçirilmişdir

 25.09.2011

13 -20 Sentyabr 2011 ci il tarixlərində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvanda yaşayıb yaradan rəssamların əsərlərindən ibarət sərgi keçirilmişdir. Sərgidə 17 rəssamın 70-ə yaxın işi təqdim olunmuşdur. Sərgidə Azərbaycanın məşhur rəssamlarından T. Salahov, A.İbrahimov, F.Xəlilov və başqaları iştirak etmişlər. Sərgi tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

          

 

Bəhruz Kəngərli adına Sərgi Salonunda sərgi 

14.06.2011

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi
Salonunun və birliyin iş otaqlarının yenidən qurulması münasibəti ilə muxtar respublikamızda fəaliyyət
göstərən rəssamların rəsm əsərlərinin və əl işlərinin satış-sərgisinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rəssamlar Birliyinin Bəhruz Kəngərli
adına Sərgi Salonunun yenidən qurularaq rəssamların istifadəsinə verildiyini bildirərək demişdir: Bu
sahəyə ona görə diqqət göstərilir ki, Rəssamlar Birliyi muxtar respublikanın ictimai həyatında fəal iştirak
etsin, yeni rəssamlar yetişdirilsin, Bəhruz Kəngərli ilə başlanan yol davam etdirilsin. Bu gün muxtar
respublikamızda professional rəssamlar fəaliyyət göstərir. Onlar təkcə ölkəmizdə deyil, Azərbaycandan
kənarda da tanınırlar, müxtəlif ölkələrdə sərgiləri təşkil olunur.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva onlara göstərilən diqqət
və qayğıya görə rəssamlar adından minnətdarlığını bildirmişdir. Sonra sərgiyə baxış olmuşdur.

 alt

 

 

 

 

 

 

 

 

Məlumat verilmişdir ki, sərgidə 25 müəllifin 61 əsəri nümayiş etdirilir. Naxçıvanın zəngin təbiətinin
fonunda yaradılan əsərlər daha əzəmətli və baxımlı görünür. Sərgidə müxtəlif əl işləri də nümayiş
olunurdu.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyət göstərdiyi iş otaqları da əsaslı təmir
edilmiş, müasir iş şəraiti yaradılmışdır.
Ali Məclisin Sədri rəssamlarla xatirə şəkli çəkdirmiş, onlara uğurlar arzulamışdır.

alt 

 

 

Karikatura sərgisi

07.04.2011

Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda NDU-nun müəllimi, muxtar respublikanın əməkdar rəssamı Cavid İsmayılovun Cəlil Məmmədquluzadənin əsərlərinə həsr olunmuş karikatura sərgisi təşkil edilmişdir.
Sərgiyə baxışdan əvvəl Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış etmişdir.
Sonra NDU-nun rektoru, akademik İsa Həbibbəyli demişdir ki, "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqin mədəni həyatında mühüm hadisə idi. Azərbaycan təsviri sənətinin bir qolu kimi karikatura sənətinin inkişafında "Molla Nəsrəddin"in böyük xidmətləri var. Azərbaycan rəssamlarının ilk karikatura əsərlərinin nəşrinə bu jurnaldan başlanmışdir. "Molla Nəsrəddin"də bədii ədəbiyyatın təmsilçiləri ilə yanaşı, rəssamlar da təmsil olunmuşdular. "Molla Nəsrəddin" jurnalı Azərbaycan satirik rəssamlığının yaradıcısıdır.
Çıxışlardan sonra tədbir iştirakçıları sərgiyə baxmışlar. Sərgidə 75 əsər nümayiş etdirilir. Cəlil Məmmədquluzadənin əsərlərinə həsr olunmuş karikaturalar və illüstrasiyalar cəlbedici və düşündürücüdür. Böyük ədibin yaratdığı surətlərdən “Məmmədhəsən əmi”, “Hacı Həsən əmi”, “Fatma xala” tiplərinin, “Şəhər və kənd” hekayəsindən karikaturalar, “Quzu”, “Yuxu”, “Usta Zeynal”, “Pirverdinin xoruzu” hekayələrinə və başqa əsərlərinə çəkilmiş karikatura və illüstrasiyalar maraqla qarşılanmışdır.

   alt