Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi açılmışdır

31.03.2011

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda rəssamların 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgisi təşkil edilmişdir.
Sərgidə 19 rəssamın 37 əsəri yer almışdır. Burada rəssamlardan Cavid İsmayılovun, Elay Məmmədovun, Fikrət Babayevin, Əli Səfərlinin, Hüseynqulu Əliyevin, Ülviyyə Həmzəyevanın , Həbibə Allahverdiyevanın və başqalarının əsərləri nümayiş etdirilir.