11aprel 2017ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının, Naxçıvan Rəssamlar Birliyinin üzvü Qəhrəman Tağıyevin "Dünyaya gərçəkçi baxışın ifadəsi" adlı 70 illik yubileyinə həsr olunmuş fərdi sərgisi keçirilmişdir.


 

12 yanvar saat 15:00-da Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda "Tariximizin Qəhrəmanlıq Salnaməsi" adlı sərgi keçirilmişdir. Sərgidə iştirak edən üzvlərimizə, NDU-nin, NMİ-nun tələbə və müəllimlərinə, M.S.Ordubadi adına Mərkəzi Kitabxananın kollektivinə, Naxcivan MR Turist Diyarsunasliq Merkezinin müəllim və şagirdlərinə, şəhər sakinlərinə, iştiraklarına görə təşəkkür edirik.

 

16 dekabr "Mənim yaradıcılığım" adlı uşaq sərgisinin gecikmiş diplomları, Bakı şəhərində yaşayan balaca rəssamlarımıza çatdırılıb. Sərgimizdə iştirak etdikləri üçün Əliyeva Fərqanəni, Əliyev Emini, Rəhimli Fidanı, İbrahimov Kamranı, Kərimova Fərəhi, Cabbarlı Mirəlini Təbrik edirik. Dərnək rəhbəri, Rəssam İlqar Əkbərova Təşəkkür edirik.

 

27 dekabr 2016-cı il tarixdə Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası, Gənclər Fondunun birgə təşkilatçılığı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasbəti ilə tədbir keçirilmişdir.Tədbirdə ,,İlin Gənc Rəssamı,, nominasiyasında Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Arzu Novruzov seçilmişdir. Gənc rəssamımıza yeni yaradıcılıq uğurları arzu edirik.