Naxçıvan Xalça Məktəbi

Azərbaycan  Naxçıvan  bölgəsi  Kiçik Qafqazın  Cənub-qərb qurtaracağında yerləşir. Bu ərazi  çoxəsirlik tarixə və zəngin mədəniyyətə malik yerdir.  Hələ neolit dövründə buranın  yerli tayfaları oturaq həyat tərzi keçirərək, təsərrüfat və sənətkarlıqla məşğul olmuşlar. Təxminən 5000 yaşı olan Naxçıvanın adı ilə bir sıra  mənbələrə  görə müxtəlif şəkillərdə verilmişdir.  Naxçıvan şəhərinin yunan dilində "Naksua,  qədim pəhləvi dilində  "Naxç", ərəb dilində "Nəşəva" və ya Akruvan -Naxçıvan - Oğuz  "ağ ərənlər vətəni " mənalarında  işlənmişdir.  XVI-XVII əsrlərdə  burada olmuş məşhur türk səyyahı  Övliya Çələbi Naxçıvan  şəhərini dünyanın ən gözəl şəhəri  "Naxşecahan " adlandırmışdır.

Naxçıvan coğrafi mövqeyinə görə  tarixən ticarət yolları üzərində yerləşən  keçid olmuşdur. Qədim və orta əsrlərdə Qərb ilə Şərqi birləşdirdiyi  üçün "Şərqin qapısı"  adını qazanmışdır. Zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Naxçıvanda hələ qədim dövrlərdən xalçaçılığın geniş inkişafı  üçün münbit şərait olmuşdur. Kültəpə  qədim  yaşayış  məskənindən tapılmış (e.ə  IV-III minillik) ibtidai  gil cəhrələr və sümükdən hazırlanmış iynə ucları kimi arxeloji materiallar  Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu və burada  yaşayan insanların artıq erkən vaxtlardan əyir,iliklə məşğul olduqları faktını sübut edir.  Naxçıvan ərazisində  arxeloji  qazıntılar zamanı əldə edilmiş üzərində qırmızı  boya izləri olan gil qablar, bitki   liflərindən istifadə edilərək toxunması ehtimal edilən kobud teksdil məmulat-larının hazırlanması üçün alətlər,  bu ərazidə  insanların hələ  eramızdan əvvəlki dövr-lərdən bəri boya hazırlama sənətinə və toxuculuğa yiyələndiklərinə əsas verir.

 

Naxçıvan Nuh çıxan torpaqdır 

Bu həqiqəti aparılan ciddi elmi araşdırmalar və keçirilən beynəlxalq elmi simpozium da təsdiq etmişdir
Qoca Şərqin qapısı Naxçıvan təkcə Azərbaycanın deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindəndir. Son illərdə aparılan ciddi elmi tədqiqatlar bir daha sübut etdi ki, Naxçıvan dünyada mədəniyyətin, insan yaşayışının başlanğıc yerlərindən biri olmuşdur. Əcdadlarımız bu torpaqda dünyaya göz açıblar. Bəşər sivilizasiyasının ilk məskənlərindən biri olan Naxçıvan torpağının qədimliyi burada mövcud olan tarixi abidələrdə, tapılan maddi-mədəniyyət nümunələrində özünü göstərir. Nuh peyğəmbər, Dünya tufanı və onun tərəfdarları ilə əlaqədar faktların Naxçıvanla bilavasitə bağlılığı isə bu torpağın qədimliyini bir daha sübut edir. 7500 il bundan əvvəl baş verən dünya tufanı Nuh və ona iman gətirənlərin mindiyi gəminin Naxçıvanda quruya çıxması və insanların burada məskən salması dünya şöhrətli alimlərin araşdıraraq gəldikləri elmi nəticələrdə də öz əksini tapmışdır.
Qədim yunan alimi Klavdi Ptolemey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlamış, XI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir. Eradan əvvəl I əsrdə yaşamış yəhudi alimi İosif Flavinin də bu barədəki araşdırmaları tam həqiqətə uyğundur. Alim Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab etmişdir. Rus tədqiqatçılarından İ.Şopen, V.M.Sısoyev və K.N.Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləmişlər. XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.A.Nikitin Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə maraqlı məlumatlar verir. O qeyd edir ki, əfsanəvi tufandan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunmuşdur. Hətta, Nuh peyğəmbərin Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti də xalq arasında dolaşan rəvayətlərdə saxlanmaqdadır. Keçən əsrin əvvəllərində, daha doğrusu 1919-1920-ci illərdə məşhur realist rəssam Bəhruz Kəngərli Nuh peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini altı formada naturadan kətan üzərinə köçürmüşdür.

 

NАХÇIVАN TƏSVİRİ SƏNƏTİ ХIХ ƏSRIN II YАRISI-ХХ ƏSRDƏ

 ХIХ əsrin bаşlаnğıcındа Аzərbаycаnın Rusiyа tərəfindən işğаl оlunmаsı nəticəsində müstəmləкəçiliк siyаsəti güclənsə də, milli mədəniyyətimizin və incəsənətimizin inкişаfındа кеyfiyyət еtibаrı ilə yеni mərhələ bаşlаnır. Hər iкi ölкənin siyаsi və iqtisаdi həyаtındа bаş vеrən dəyişiкliкlər yеni istiqаmətdə incəsənətin inкişаfınа təкаn vеrir. İctimаi və еstеtiк fiкir, еlm, mааrif, incəsənət sаhələrində qаrşılıqlı əlаqələr üçün əlvеrişli zəmin yаrаnır, yеni sənət növləri və jаnrlаr mеydаnа çıхır, mеmаrlıq, rəssаmlıq, dекоrаtiv-tətbiqi sənətlər üzrə pеşəкаr mütəхəssislərin fəаliyyəti üçün gеniş mеydаn аçılır.

ХIХ yüzilliк Аzərbаycаn mədəniyyətinin ən zəngin və pаrlаq səhifələrindən biridir. Bu dövrün səciyyəvi хüsusiyyətlərindən biri mədəniyyətimizin Qərbi Аvrоpа və Rusiyа bədii yаrаdıcılığının mütərəqqi ənənələri ilə zənginləşməsi idi. Lакin bu ənənələr hеç zаmаn, коr-коrаnə surətdə mənimsənilməmiş, оnlаr yеrli ənənələrə söyкənərəк qədim mədəniyyətimizə uyğun şəкildə qаvrаnılmışdır. Bu mеyllərin təsiri incəsənətin bir çох sаhələrində аydın görünür. ХIХ əsrin təsviri sənətində də bu təsir böyüк rоl оynаmışdır 1.