Məmməd Qasımov

Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi

Məmməd Ələkbər oğlu Qasımov 1925-ci il yanvar ayının 5-də Tiflis şəhərində doğulmuşdur.
Hələ uşaqlıq vaxtlarından rəssamlığa böyük maraq göstərən və vaxtaşırı imkan tapıb Gürcüstan Dövlət Azərbaycan Dram Teatrının tamaşalarına baxan Məmməd artıq 15 yaşında ikən öz həyat yolunu və sənət taleyini qəti müəyyən etmişdi: teatr rəssamı olmaq! Məmməd Qasımov Tiflisdə M.F.Axundov adına 97 №-li Orta Məktəbin 9-cu sinfini bitirərək Naxçıvan Şəhər 1 №-li Orta Məktəbində davam etdirdiyi təhsilini 1943-cü ildə xalis əla qiymətlərlə başa vurmuş 

Ardını oxu...