Bu gün 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Gənclər Fondu Bəhruz Kəngərli adına Sərgi Salonunda "Ətraf mühit və biz" mövusunda gənclərin rəsm əsərlərindən ibarət sərgi-müsabiqə keçirmişdir. 

Müsabiqənin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, çirklənməsinin qarşısının alınmasına gənclərin diqqətini çəkməkdir. 

Müsabiqəyə 17 iş təqdim olunaraq sərgilənmişdir.

 

I yer Əliyeva Şəmsim (Turizm Diyarşunaslıq Mərkəzinin dərnək üzvü)

II yer Əliyeva Reyhan (Turizm Diyarşunaslıq Mərkəzinin dərnək üzvü)

III yer

Quliyeva Türkan (NDU)

 

İştiraklarına görə Hacıyeva Nilufər, Həsənli Kəmalə, İsmayılova Gülşən, İsmayılova Aysu, Xudiyev Cəlil aidiyyəti qurumların diplomları ilə təltif olundular.