STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

"Realizmin işığında" adlı Q.Tağıyevin 75 illik yubiley sərgisi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda Tərəqqi medalı mükafatına layiq görülmüş, Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Qəhrəman Tağıyevin 75 illik yubileyi münasibəti ilə "Realizmin işığında" adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva açılış nitqi söyləmiş, rəssamın həyat və yaradıcılığından, geniş məlumat vermiş, rəssamlara dövlət qayğısından söz açmışdır. Sonra mötəbər qonaqlarımız AMEA Naxçıvan Bölməsinin rəhbəri, akademik İsmayıl Hacıyev, Türkiyənin Naxçıvandakı Baş Konsulu Mehmet Emin Kiraz, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Şəhər İcra Hakiminin müavini Təhminə Mustafayeva, Xalq Rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Dövlət Universitetinin Dekanı Cavid İsmayılov, Əməkdar rəssam Telman Abdinov və digərləri rəssamı yubileyi və sərgisi münasibətilə təbrik etmişlər. Ekspozisiyada yubilyarın simvolik olaraq 75 əsəri nümayiş olunmuşdur. Ekspozisiya, növbəti sərgiyədək açıqdır.

  14-04-2022 10:48