STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

28 aprel 2022-ci il tarixdə Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda Dekorativ tətbiqi sənət-satış sərgisi keçirildi.

      28 aprel 2022-ci il tarixdə Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda Dekorativ tətbiqi sənət-satış sərgisi keçirildi. Sərgini açılış nitqi ilə Naxçıvan MR Rəssamlar Birliyinin sədri sərgini açıq elan etmişdir. Çıxışında Azərbaycanda - Naxçıvanda dekorativ tətbiqi sənətin yaranması, inkişafı və önəmi haqqında geniş danışılmışdır. Sərgidə ilk dəfə nümayiş olunan işlər sırasında "Azərbaycan" adlı sıx toxunan xalça, keramika məmulatları və duzdan düzəldilmiş bəzək əşyaları diqqəti cəlb edirdi.  Ekspozisiyada 70-ə yaxın əsər nümayiş olunurdu. Burada müxtəlif tematikada və fərqli materiallardan istifadə edərək daş, duz, taxta, dəmir, kağız, polesyer, gips üzərində əsərlər nümayiş olunurdu. Gözəl və maraqlı əsərlər tamaşaçının ovqatını yüksəltməyə nail oldu. Sərgi davam edir!

  29-04-2022 09:41
Qalereya