STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Aprelin 29-da Berlinin QGallery incəsənət qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı sərgisinin təntənəli açılışı olub.

Aprelin 29-da Berlinin QGallery incəsənət qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Azərbaycan və Naxçıvan Rəssamlar İttifaqının üzvü Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı sərgisinin təntənəli açılışı olub. Ekspozisiya Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və “QGallery Baku” Rəsm Qalereyasının dəstəyi ilə təqdim olunur. Sərgidə çıxış edənlər Leyla Əzimbəyova yaradıcılığının xüsusiyyətlərindən danışıblar və rəssamı əlamətdar hadisə münasibətilə təbrik edib, ona gələcək yaradıcılıq uğurları arzulayıblar. Sərginin ekspozisiyasında müxtəlif rəngkarlıq janrlarına müraciət edən Leyla Əzimbəyovanın 36 rəsm əsəri yer alıb.  Bunlar portretlər, mənzərələr, natürmortlar və rəssamın özünün üslubunda bir çox kompozisiyalardır.  Sərgidə həyata sevgi mövzusuna xüsusi diqqət yetirilmişdir. Tədbirdə yaradıcı ziyalıların nümayəndələri, alimlər, ictimaiyyət nümayəndələri, qohumlar və dostlar iştirak ediblər. Leyla Əzimbəyovanın sərgisi ilə paralel olaraq Berlindən olan rəssam Nizakət Sinanovskayanın da əsərləri təqdim olunur. Sərgi 2022-ci il mayın 12-dək davam edəcək

  03-05-2022 21:03
Qalereya