STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

İRS-"Mənim yay tətilim" ənənəvi uşaq sərgisi

28 iyun 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda İRS-"Mənim yay tətilim" adlı ənənəvi uşaq sərgisi keçirilmişdir. Sərginin açılışını Naxçıvan MR Rəssamlar Birliyinin əməkdaşı sənətşünas Niazmi Alıyev etmişdir. Ekspozisiyada 22 uşağın 60 əsəri sərgilənmişdir. Çıxışlardan sonra sərgidə iştirak etdikləri üçün uşaqlara diplomlar təqdim edilmiş, ekspozisiyaya baxış olmuş və sonda xatirə fotosu çəkilmişdir.

  29-06-2022 15:40
Qalereya